![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Babək Azəri, Gənclərə meydan verməliyik!08 Mart 2010, 11:05
- Stokholmdakı Xocalı faciəsi ilə bağlı keçirilən etiraz aksiyası hansı təşkilat tərəfindən hazırlanmışdır? - Stokholmda etiraz aksiyası həyata keçməmişdən təqribən 3 ay öncə Qarabağ Komitəsi yarandı. Bu komitədə başqa komitələrdə olduğu kimi, xüsusi vəzifə bölgüsü aparılmadı, yəni, komitədə xüsusi olaraq nə sədr və nə də əmirverici şəxslər ayrılmamışdı. Sadəcə, üzümüzü bütün azərbaycanlılara tutub müraciət etdik ki, kim nə bacarırsa, əlindən gəlirsə, irəli durub, iş görsün. Bu səmimi davranış -- müsbət enerji və adamlar arasında bir - biri ilə işbirliyinə motiv yaratdı. - Bu komitədə iştirak edənlər fərd kimi, yoxsa hər hansı təşkilatın və ya cəmiyyətin təmsilçisi kimi iştirak edirdilər? - Bu komitədə iştirak edən hər bir azərbaycanlı fərd kimi iştirak edirdi. Əgər bizim aksiyanın filmlərinə və fotolarına baxsanız, görərsiniz ki, hər hansı bir müəyyən təşkilatın embilemi orada gözə çarpmır. Əlbəttə, bu komitədə iştirak edənlərin çoxusu müəyyən təşkilatların üzvü idilər. Amma Stokholmda yaranan Qarabağ Komitəsi müəyyən təşkilatların işbirliyi komitəsi yox, əslində müəyyən fərdlərin əməkdaşlıq icması sayılır. - Babək bəy, maraqlıdır, Stokholmdakı Qarabağ Komitəsi işə başlarkən nə üçün qərara gəldi ki, təşkilatların yox, fərdlərin işbirliyi əsasında qurulmalıdır? - Bizim əsas məqsədimiz İsveç və dünya ictimaiyyətinə Azərbaycanın ərazisinin qeyri - insani və qeyri - qanuni işğal olunmasını gündəliyə gətirməkdir, Qarabağ və xüsusən, Xocalıda qətliam olunan günahsız insanların barəsində qərb ölkələrinin vətəndaşlarına informasiya çatdırmaqdır. Belə olan vəziyyətdə gərək ki, hər birimiz vətəndaş mövqeyindən çıxış edək. Bu acı gerçəyi qəbul etməliyik ki, indiyə kimi Güney Azərbaycanın təşkilatları siyasi məhbuslarla bağlı nə bir müştərək etiraz aksiyası keçiriblər, hətta bir müştərək bəyanat belə verməyiblər. Şimalı Azərbaycanda da təşkilatların arasında iqtidar - müxalifət davası var. Bu səbəbə görə, bütövlüklə xaricdəki Azərbaycan təşkilatların işbirliyi, hətta Xocalı kimi milli faciə ilə bağlı mümkün deyil. Ancaq məhdud formada bəzi cəmiyyətlər və bəzi təşkilatlar birgə etiraz aksiyaları keçirirlər. Bu növ etiraz aksiyaları da kəmiyyət və keyfiyyət baxımından ürəkaçan deyil. Amma bu metod, yəni müəyyən təşkilatlar yerinə, müəyyən fərdlərin işbirliyi azərbaycanlılar tərəfindən yaxşı qarşılanır. Əlbəttə, biz seçim qapısın öz üzümüzə bağlamamalıyıq, gələcəkdə təşkilatlar fəallaşarsa, bu etiraz aksıyalarında onlar mərkəzi rol oynaya bilərlər. - Bəllidir, siz kəmiyyətdən danışanda, adamların sayın nəzərdə tutursunuzsa, bəs, aksiyanın keyfiyyəti deyəndə, siz nəyi nəzərdə tutursunuz? -Bir neçə ay bundan öncə bəzi yurddaşlarımız, mən də onların içində olmaq şərti ilə etiraz aksiyaları ilə bağlı araşdırmalara başladıq. Bunu etməkdə əsas məqsədimiz bundan ibarət idi ki, etiraz aksiyalarımızı yüksək səviyyəyə qaldıraq. Elə mən bu mövzu ilə bağlı sizə bəzi mülahizələrimi çatdırmaq istəyirəm. Geyim tərzi Biz etiraz aksiyasında iştirak edəndə bunu nəzərə almalıyıq ki, bizi görən xarici ölkə vətəndaşları, bizi yaxından tanımırlar. Birinci mərhələdə bizlərin geyim tərzi onlarda müsbət və ya mənfi reaksiyaya səbəb ola bilər.Elə bu səbəbə görə, aksiyalarda iştirak edəndə çox təmiz və səliqəli geyinməliyik. Bundan da əlavə, biz bilirik ki, gənclərlə yaşlıların geyimə baxışı eyni deyil. Bəzən cavanlar yaşlı valideyinlərinin geyimindən xəcalət çəkirlər. Ona görə də, aksiyaya gələndə yaşlı nəsil də buna xüsusi diqqət etməlidir. İkinci, aksiyada böyük həriflərlə parça üzərində müəyyən şüarlar yazılmalıdır. Belə ki, 50 - Aksiyada hansı dildə informasiya yayılmalıdır? - Çox təəssüflə, bizim bəzi yurddaşlarımızın içində belə bir feodal düşüncə tərzi var ki, bu cür etiraz aksiyasında ağsaqqallar türk dilində çıxış etməlidirlər. Bu düşüncə kökündən yalnışdır, çünki orada iştirak edən azərbaycanlılar Xocalıda nə baş verdiyin yaxşıca bilirlər. Yuxarida qeyd etdiyim kimi, bizim əsas məqsədimiz İsveç və dünya ictimaiyyətinə informasiya çatdırmaqdır. Konkret bu aksiyadakı dildən söhbət gedirsə, deməliyik ki, biz aksiyanı əsasən iki dildə təşkil etdik. İsveçin dövlət dili olan isveç dilində və Avropada hakim olan ingilis dilində. İngilis dilini seçməkdə məqsədimiz bu şəhərə hər gün çoxlu turistlərin gəlməsi və ümumiyyətlə, isveç dilini yaxşı anlamayanların bizim nə demək istədiyimizi ingilis dilində anlamaq məqsədi iləydi. Digər tərəfdən, bu dili seçməkdə məqsəd bu aksiyanın video lentini youtube, facebook və s. bu kimi yerlərdə yerləşdirib qlobal formada dünya ictimaiyyətinə çatdırmaq idi. - Gənclərə meydan verməliyik! - Gənclər burda anadan olduqları üçün və ya az yaşda İsveçə gəldikləri üçün yerli xalqın dilini yaxşı mənimsəyiblər, saf və təmiz danışırlar. Eyni halda kütlənin psixologiyasın bizdən yaxşı tanıyırlar. Elə bu səbəbə görə, yaşlı azərbaycanlılar səhnənin dalında, gənc azərbaycanlılar səhnənin qabağında etiraz aksiyasının aparıcıları olmalıdırlar. Bu dəfəki Xocalı aksiyasının özəlliyi ondan ibarət idi ki, biz meydanı gənc nəslə verdik. Onlar öz üzərlərində Azərbaycan dərdini daşımaq məsuliyyətini hiss edirdilər. Beş nəfər gənc azərbaycanlı Xocalı ilə bağlı iki dildə çıxış etdilər. - Sərgi - Çox təəssüflə, mən hələ də görürəm etiraz aksiyalarında iştirakçılar şəhidlərin şəkillərini əllərinə götürürlər. Diqqət etməliyik ki, qərblilər heç vaxt gəlib etiraz aksiyasının mərkəzində əyilib bir nəfərin əlinə götürdüyü şəkilə baxmaz. Elə bu səbəbə görə, faciə ilə bağlı etiraz aksiyalarında sərgi yaranmalıdır. Bunlardan da əlavə, aksiyaya uyğun ingilis dilində mahnılar diqqəti özünə cəlb edə bilər. Xülasə, belə deməliyəm ki, nə zaman ki, biz bir - iki saat etiraz aksiyası aparırıq, bizi görən adamlar uzun zaman durub aksiya barəsində məlumat almağa cəhd etmirlər, vaxt qoymurlar. Təqribən bir dəqiqə, ən yaxşı halda bizim 5 dəqiqə vaxtımız var ki, bizim etiraz aksiyamızı görən fərdin üstündə elə müsbət təsir qoyaq ki, o, fərd bizə yaxın düşüb bizdən yazılı bildirişləri ala. Elə bu cəhətdən də deyə bilərəm ki, Stokholmda keçirilən etiraz aksiyası çox uğurlu alındı. Belə ki, isveçlilər gəlib aksiyadan şəkil və film çəkib, çox maraqla aksiyada paylanan bildirişləri alıb gedirdilər. - Etiraz aksiyaları əməldə hansı müsbət nəticələri verir? - Siyasi alış - veriş mənfəətlər əsasında həyata keçirilir. Misal üçün, nə zaman ki, biz yüksək keyfiyyətdə təşkil olunmuş 300 - 400 nəfərlik etiraz aksiyası aparırıq, bu, o mənadadır ki, bu mütəşəkkil kütlə ölkə seçkilərində ən azı 1000 səsi bir yerə toplaya bilər. Bu nöqteyi - nəzərdən biz yaşadığımız ölkələrdə siyasi partiyalar üçün bu növ etiraz aksiyaları maraqlı sayılır. Qərb ölkələrində bələdiyyə və parlament seçkilərində bəzi vaxt elə bir vəziyyət yaranır ki, bir partiya namizədi bir neçə yüz səs fərqi ilə seçilmir. Elə bu səbəbə görə, siyasi partiyalar üçün bir yerdən 1000 səs qazanmaq çox əhəmiyyət daşıyır. Bu əsasda biz onların siyasət bazarına girib, ölkə siyasətindən Azərbaycan məsələsi üçün istifadə edə bilərik. Elnur Eltürk Bu haber 555 defa okunmuştur.
|
CANLI YAYIN
GALERİ |
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||